DÜNYA

06 Sentyabr

İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb

İran Prezidenti Məsud Pezeşkianın ölkə və xarici KİV-lər üçün ilk mətbuat konfransı sentyabrın 16-da olacaq.

Fins.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr və informasiya üzrə direktor müavini Mehdi Təbatəbai sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu mətbuat konfransında əvvəlkilərlə müqayisədə ölkə və xarici KİV nümayəndələrinin diqqətinə bəzi dəyişikliklər çatdırılacaq.

Bildirilib ki, Məsud Pezeşkian prezident kimi ilk televiziya müsahibəsini avqustun 31-də verib.

Kaira Agayeva 

Fins.az