ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.
Fins.az xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
"Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur", - deyə o bildirib.
Tramp əlavə edib ki, həmçinin ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Kaira Agayeva
Fins.az