Ukrayna Silahlı Qüvvələrinin 43 minə yaxın hərbi qulluqçusu Böyük Britaniyada hazırlıq keçib.
Fins.az xəbər verir ki, bu rəqəmi krallığın Ukraynadakı səfiri Martin Harris açıqlayıb.
"Biz Ukrayna Silahlı Qüvvələrinə təlimlə dəstək veririk. İndiyədək 43 min Ukrayna əsgəri Böyük Britaniyada təlim keçib", - deyə səfir Ukrayna milli telemarafonunda bildirib.
Mediada yayılan məlumatlara görə, 2015-ci ildən 2022-ci ilin fevralınadək Böyük Britaniya “Orbital” əməliyyatı çərçivəsində 22 min ukraynalı hərbçi hazırlayıb. Rusiya Ukraynada müharibəyə başlamazdan az əvvəl bu proqram məhdudlaşdırılıb və 2022-ci ilin yayında Krallığın Müdafiə Nazirliyi “İnterfleks” əməliyyatına başlayıb. Ukrayna döyüşçülərinin hazırlanması proqramına Skandinaviya və Baltikyanı ölkələr, Avstraliya və Kanada da qoşulub.
Kaira Agayeva
Fins.az