ABŞ Ədliyyə Nazirliyi Fələstinin radikal Həmas qruplaşmasının lideri Yəhya Sinvarı və digər yaraqlıları oktyabrın 7-də İsrailə hücumla bağlı ittiham edib.
Fins.az xəbər verir ki, ittihama görə, Sinvar və digər yüksək vəzifəli Həmas üzvləri "ABŞ-ın təhlükəsizliyini təhdid etmək üçün çoxillik kampaniyanı maliyyələşdirməkdə və idarə etməkdə" ittiham olunurlar.
Nyu-York federal məhkəməsində qaldırılan cinayət işi yeddi maddədən, o cümlədən xarici terror təşkilatına maddi dəstək vermək üçün sui-qəsd, ABŞ vətəndaşlarına hücum və kütləvi qırğın silahlarından istifadə ittihamlarından ibarətdir.
Kaira Agayeva
Fins.az