DÜNYA

04 Sentyabr

Ruslar 2023-cü ildə Çinə səfərdə beşinci yeri tutub

Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin rəis müavini Dmitri Volvaç bildirib ki, 2023-cü ildə ruslar Çinə səfərlər üzrə beşinci yeri tutublar. Ötən il Rusiya vətəndaşları Çinə 734 min dəfə səfər edib.

Fins.az xəbər verir ki, Volvaç Şərq İqtisadi Forumunda qeyd edib ki, 2023-cü ilin sonuna kimi qarşılıqlı turist axınının 2 milyon nəfərə çatması gözlənilir. O, həmçinin bildirib ki, çinli turistlər MDB-dən kənar ölkələr arasında Rusiyaya səfərlərdə liderdir. 2023-cü ildə Çindən Rusiyaya 477 min səfər edilib.

Rosstatın məlumatına görə, 2024-cü ilin ilk yarısında Çindən Rusiyaya turist axını keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb, rus turistlərinin Çinə səfərləri isə 3,7 dəfə artaraq 651,1 minə çatıb.

Kaira Agayeva 

Fins.az