Fransa Rusiyanın Telegram-ın yaradıcısı Pavel Durovun konsulluqla əlaqə saxlaması tələbinə məhəl qoymayıb. Diplomatik nümayəndəlik qeyd edib ki, iş adamının həbsdə olduğu müddətdə onunla konsulluq əlaqəsi təmin edilməyib. "Ümumiyyətlə, Fransa tərəfi bizim sorğumuza hələlik heç bir cavab verməyib - nə müsbət, nə də mənfi", - Rusiya səfirliyindən bildiriblər.
Fins.az xəbər verir ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur.
Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.
Kaira Agayeva
Fins.az