DÜNYA

02 Sentyabr

Fransada kilsənin qülləsi yanğın nəticəsində çöküb

Fransanın şimalındakı Sen-Omer kommunasında yerləşən Immaculate Conception kilsəsinin zəng qülləsi güclü yanğın nəticəsində uçub.

Fins.az xəbər verir ki, yanğın yerli vaxtla saat 04:00-da müqəddəs ərazidə baş verib. Yanğın sürətlə bütün binaya yayılaraq dam örtüyünə çatıb. Sosial şəbəkələrdə dam örtüyünün tamamilə yandığını əks etdirən video yayılır. Yanğın başlayandan təxminən bir saat sonra zəng qülləsi çöküb. İlkin məlumata görə, xəsarət alan olmasa da, yaxınlıqdakı evlərin 57 sakini ehtiyat tədbiri olaraq təxliyə edilib.

Immaculate Conception kilsəsi 19-cu əsrdə Haut-Point məhəlləsində inşa edilib. Qəzetin qeyd etdiyi kimi, 2015-ci ildən 2018-ci ilə qədər binada genişmiqyaslı bərpa işləri aparılıb. BFMTV-nin qeyd etdiyi kimi, iş zamanı, xüsusən də qurğuşun və asbestdən ibarət müxtəlif elementlər çıxarılaraq, mövcud yanğından yaranan tüstü gözləniləndən daha az zəhərli olub.

Kaira Agayeva 

Fins.az