Böyük Britaniyanın mədəniyyət naziri Liza Nendi, ölkədə konsert bilet qiymətlərinin süni şəkildə artırılmasını nəzarətə götürməyi planlaşdırır. Bu addım, "Oasis" qrupunun konsert biletlərinin ilkin qiymətinin ikiqat artırılması ilə əlaqədar olaraq atılıb.
Fins.az xəbər verir ki, qrupun bütün 17 konserti Böyük Britaniya və İrlandiyada on saat ərzində satılıb. Bilet qiymətləri 355,20 funt-sterlinqə çatıb.
Nazir Nendi, şişirdilmiş qiymətlərin pərəstişkarların konsertlərdən zövq almasını çətinləşdirdiyini bildirərək qiymətlərin şəffaflığını artırmağı məqsəd qoyur.
Kaira Agayeva
Fins.az