DÜNYA

02 Sentyabr

Abxaziya BMT-yə üzv olmağı əsas məqsəd sayır

Qondarma Abxaziya Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İnal Ardzinba bildirib ki, BMT-yə üzv olmaq ölkənin beynəlxalq aləmdə tanınması üçün əsas məqsəddir.

Nazir qeyd edib ki, bu, çətin bir prosesdir və ikili standartlar siyasəti hələ də mövcuddur.

Fins.az qeyd edir ki, diplomat yaxın gələcəkdə Abxaziyanı suveren və müstəqil dövlət kimi tanıyan ölkələrin sayının artacağına ümid bəsləyir.

Bundan əvvəl, Qondarma Abxaziyanın xarici işlər nazirinin müavini Odissey Biqvava 2008-ci ildə Rusiya tərəfindən müstəqilliyin tanınmasını tarixi ədalət olaraq qiymətləndirib.

Kaira Agayeva 

Fins.az