Cənubi Koreya hakimiyyəti cinsi cinayətlərlə mübarizə tədbirlərini gücləndirmək niyyətindədir. Seul rəqəmsal texnologiyalar sahəsində seksual cinayətlərə qarşı mübarizədə Parislə əməkdaşlıq haqqında düşünür. Hakimiyyət, həmçinin Telegram platformasının nümayəndələri ilə görüşün keçirilməsi imkanını da nəzərdən keçirir.
Fins.az xəbər verir ki, bu, Telegram-da porno olan kanalların peyda olmasından sonra baş verib. Materialda deyilir ki, hadisə ictimaiyyət arasında hiddət dalğasına səbəb olub.
Cənubi Koreya hökuməti qeyd edib ki, bu cür cinayətlərlə bağlı problem platformanın serverlərinin xaricdə yerləşməsidir.
Kaira Agayeva
Fins.az