Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı oktyabrın 6-da ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendumun keçiriləcəyini elan edib.
Fins.az xəbər verir ki, Dövlət başçısı diqqəti “iqtisadiyyatın sürətlə artan tələbatını ödəmək” üçün Qazaxıstanın etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ehtiyacı olduğuna diqqət çəkib.
“Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcək haqqında düşünməliyik. Ona görə də mən həmişə AES-in tikintisi məsələsi ilə bağlı düşünülmüş qərarın qəbul edilməsinin, strateji planların cəmiyyətdə geniş müzakirəsinin zəruriliyində israr etmişəm”, – Kasım-Jomart Tokayev çıxışında izah edib.
O xatırladıb ki, artıq bir ildir ki, AES-in tikintisi mövzusu ictimai gündəmdədir və bu vaxt Qazaxıstan sakinlərinin bu məsələyə münasibətini müəyyən etmək üçün kifayət etməlidir.
Kaira Agayeva
Fins.az