DÜNYA

02 Sentyabr

Çin avqustda elektrik avtomobili satışlarını 20% artırıb

Çinin elektrik avtomobil istehsalçıları avqust ayında tədarükləri artırıblar. 

Fins.az xəbər verir ki, ötən ay ÇXR-in üç elektromobil istehsalçısının - Nio, Li Auto və XPeng şirkətlərinin ümumi tədarükləri 2023-cü ilin avqust ayı ilə müqayisədə 20 faizdən çox artaraq 82,334 min ədəd təşkil edib. Yanvar-avqust aylarında onlar birlikdə 493 minə yaxın avtomobil satıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. 

Avqustda ən çox artım isə BYD tədarüklərində qeydə alınıb. Şirkət 35 faiz artma nail olaraq satışa 370 mindən artıq avtomobil çıxarıb.

Kaira Agayeva 

Fins.az