"İndoneziyanın BRICS sammitində kim iştirak edəcəyinə hələ qərar verilməyib."
Ölkənin diplomatik missiyasının nümayəndəsi bildirib ki, İndoneziya bu tədbirə dəvət alıb, amma cənab Subiantonun iştirak edib-etməyəcəyi məlum deyil.
Fins.az xəbər verir ki, 20 oktyabrda İndoneziyanın səkkizinci prezidentinin andiçmə mərasimi keçiriləcək və bu mərasimdən sonra hökumətin ilk iclası baş tutacaq.
Əvvəlki BRICS sammiti 2023-cü ilin avqustunda Yohannesburqda keçirilib. 1 yanvar 2024-cü ildən etibarən BRICS genişlənərək Misir, İran, Efiopiya və BƏƏ-ni qəbul edib.
Kaira Agayeva
Fins.az