Fins.az xəbər verir ki, aktyor Corc Kluni, ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsini tərifləyərək, bu addımı Corc Vaşinqtondan sonra “ən fədakar addım” adlandırıb.
"Alqışlanmalı olan şəxs, Corc Vaşinqtondan bəri ən fədakar işi görən prezidentdir," - Kluni, bazar günü axşam Venesiya Film Festivalında yeni "Kurtlar" filminin premyerasında jurnalistlərə bildirib.
Kluni əlavə edib ki, “bizi bu qərara aparan bütün hiylələr unudulacaq, amma xatırlanmalı olan fədakarlıqdır.”
Kaira Agayeva
Fins.az