Rusiyadan çəkisi 0,5 karatdan olan almazların və sintetik brilyantların G7 və Aİ ölkələrinə idxalına qoyulan məhdudiyyətlər sentyabrın 1-dən qüvvəyə minib.
Fins.az xəbər verir ki, bu il yanvarın 1-dən Rusiya almazlarının və çəkisi 1 karatdan çox olan cilalanmış brilyantların G7 ölkələrinə idxalına məhdudiyyətlər tətbiq olunub, Avropa İttifaqına isə brilyantların tədarükünə qadağalar qoyulub. Martın 1-dən etibarən isə üçüncü ölkələrdə rus almazlarından kəsilmiş 1 karatdan yuxarı brilyantların Aİ və G7 ölkələrinə idxalı qadağan edilib. İndi bu embarqo daha da genişlənir və Rusiyadan çəkisi 0,5 karatdan çox olan kobud və cilalanmış almaz məhsullarına, həmçinin sintetik almazlara da təsir göstərir.
Finam İnvestisiya Şirkətinin Strategiya Direktoru Yaroslav Kabakov, Rusiya almazlarının idxalına qadağaların və sənəd dövriyyəsi prosedurlarının çətinləşməsinin qlobal almaz bazarında “dalğalı effekt” yaradacağını bildirib. Qiymət artımı, tədarükün azalması və təklifin yönləndirilməsində dəyişikliklər gözlənilir ki, bu da bazar fəaliyyətini müvəqqəti olaraq yavaşlada bilər.
Ekspertlər xatırladır ki, Aİ əvvəllər rus mənşəli kobud və kəsilmiş təbii almazların icma ölkələrinə idxalını izləmək üçün məcburi sistemin tətbiqini 2025-ci il martın 1-dək təxirə salmışdı. Lakin sistemin 2024-cü il sentyabrın 1-dən etibarən fəaliyyətə başlaması planlaşdırılır. Kabakov hesab edir ki, almazların mənşəyini izləmə sisteminin tətbiqi bazara təzyiqi artıracaq və şəffaflıq, yeni standartlara uyğunluq tələblərini daha da gücləndirəcək.
Fins.az