Rusiya, Türkiyə, Suriya və İran, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün yaxın vaxtlarda növbəti görüş keçirəcək.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, keçən il müdafiə idarələrinin, xarici işlər nazirliklərinin və kəşfiyyat xidmətlərinin iştirakı ilə bir sıra görüşlər keçirilib.
Rusiya, Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu və keçmişdə Türkiyə və Suriya liderləri arasında isti şəxsi münasibətlər olduğunu vurğulayıb.
Kaira Agayeva
Fins.az