DÜNYA

30 Avqust

İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb

İraqın təhlükəsizlik qüvvələri kəşfiyyat xidməti ilə birlikdə Ənbar vilayətində əməliyyatı başa çatdırıb, nəticədə İŞİD terror qruplaşmasının 14 üzvü öldürülüb.

Fins.az xəbər verir ki, bu barədə İraqın birləşmiş əməliyyatlar komandanlığı məlumat yayıb.

Məlumata görə, Ənbar səhrasında aparılan kəşfiyyat fəaliyyəti nəticəsində İŞİD qruplaşmasının liderlərinə qarşı hücum həyata keçirilib. İki ay ərzində xüsusi xidmət orqanları ilə koordinasiyadan sonra yaraqlıların mövqelərinə və sığınacaqlarına aviazərbələr endirilib. Odlu silahların tətbiq edildiyi birbaşa toqquşma zamanı 14 terrorçu öldürülüb.

Kaira Agayeva 

Fins.az