İyun ayından bəri Efiopiyada 4,5 milyon insan ölkə daxilində köç etmək məcburiyyətində qalıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ("OCHA") Efiopiyadakı humanitar böhranla bağlı verdiyi açıqlamada davam edən münaqişələr və əlverişsiz iqlim şəraiti səbəbindən 4,5 milyon insanın köç etmək məcburiyyətində qaldığı bildirilib.
Fins.az xəbər verir ki, Açıqlamada köçlərdən ən çox təsirlənən yerlərin Somali və Tiqray bölgələri olduğu qeyd olunub.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında üsyan edən Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya Tiqray Xalq Azadlıq Cəbhəsinin nəzarətinə keçib və təşkilat tərksilah edilib.
Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində etnik münaqişələr davam edir.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) Efiopiyanın münaqişədən ən çox təsirlənən Tiqray bölgəsinə göndərilən yardımın əhəmiyyətli hissəsinin başqa bölgələrə göndərildiyi ilə bağlı yayılan iddialardan sonra 2023-cü ilin aprelində ərzaq yardımını dayandırmışdı.
Kaira Agayeva
Fins.az