DÜNYA

05 İyul

İsrail COP29-u Azərbaycanla iqlim sahəsində əməkdaşlığı genişləndirmək üçün fürsət kimi görür

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim məsələləri üzrə Azərbaycan və İsrail arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir.

Fins.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bıstritski “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“COP29 iqlim dəyişikliyi məsələlərində İsrail və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün əla fürsətdir. Biz hər iki ölkənin ekspertlərinin onlayn görüşündə iştirak etdik. Bu görüşdə oxşar səhralaşma problemləri və onların mümkün həlli yolları müzakirə edilib”, - o qeyd edib.

Diplomat vurğulayıb ki, İsrail tərəfi Bakıda keçiriləcək iqlim konfransı çərçivəsində birgə paralel tədbirlər keçirməyi planlaşdırır.