Türkiyənin Ticarət naziri Ömər Bolat Səudiyyə Ərəbistanının Türkiyə səfiri Fəhad bin Əsəd Əbu əl-Nasr ilə görüşündə ikitərəfli ticarət həcminin artırılması və qarşılıqlı investisiyaların təşviq edilməsinə diqqət yetirdiklərini bildirib.
Fins.az xəbər verir ki, sosial media hesabında iki ölkə arasında ticarətin daha da yaxşılaşdırılacağı aspektləri ilə bağlı məsləhətləşmələr apardıqlarını söyləyən Ö. Bolat yazıb: "Görüşümüzdə ikitərəfli ticarət həcminin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələlərinə diqqət yetirdik. Həmçinin Səudiyyə Ərəbistanının 2030-cu il görüntüsü çərçivəsində Türkiyə şirkətlərinin bu ölkədə həyata keçirdikləri layihələrin və turizm sahəsində əməkdaşlığın artırılmasından danışdıq."
Kaira Agayeva
Fins.az