DÜNYA

04 İyul

Dövlət Xidməti və ATİB-in birgə təşkilatçılığı ilə Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri davam etdirilir. Bu silsilədən olan növbəti təlim Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə keçirilib.

Fins.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən bir sıra məqamlara dair təşkil edilmiş seminarda ATİB-ə üzv olan şirkətlərin nümayəndələri iştirak edib.

Kaira Agayeva 

Fins.az