DÜNYA

12 İyun

Hakan Fidan Vladimir Putinlә görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi “X” internet səhifəsində bildirilib.

Fins.az xəbər verir ki, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Rusiya Prezidenti Vladimir Putinə çatdıran Hakan Fidan iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu söyləyib.

“Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq. İki lider olaraq Suriya mövzusunda irəli sürdüyünüz sabitlik siyasətini davam etdirmək üçün əlimizdən gələni edirik",-deyə Türkiyənin xarici işlər naziri qeyd edib.

Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində  Türkiyə ilə Rusiya arasındakı münasibətlərdən məmnunluğunu ifadə edib. Bütün inkişafların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində baş verdiyini qeyd edib.