DÜNYA

11 İyun

Yaponiyanın ÜDM-i 1.8% azalıb

Yaponiya hökumətinin verdiyi məlumata əsasən, birinci rübdə ölkənin ÜDM-i, yekun qiymətləndirməyə görə, illik ifadədə 1.8% azalıb (əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa).

Fins.az xəbər verir ki, ekspertlər göstəricinin 2% azalacağını proqnozlaşdırmışdılar.

Eyni zamanda, ötən ilin dördüncü rübü üzrə ÜDM dinamikası illik ifadədə 0.4%-ə, rüblük ifadədə isə 0.1%-ə qədər yeniləndi.

Əvvəlki rüb ilə müqayisədə Yaponiyanın ÜDM-i 0.5% azalıb. Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Yaponiya ÜDM-nin 60% həcmini təşkil edən şəxsi istehlaklar rüblük olaraq 0.7% azalıblar. Hesabat dövründə dövlət investisiyalarının həcmi rüblük ifadədə 3% artmış, özəl investisiyalar 0.4% azalmışdır. Rüblük ifadədə ixrac 5.1%, idxal isə 3.3% azalıb.