ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəslə bağlı nikbin olduğunu və atəşkəsə ən tez gələn bazar ertəsinə qədər nail ola biləcəyini bildirib.
Fins.az xəbər verir ki, Nyu Yorkda jurnalistlərə açıqlama verən Bayden, "Milli təhlükəsizlik müşavirim mənə atəşkəsə yaxınlaşdığımızı, lakin hələ ki, ona çatmadığımızı söylədi" dedi.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bazar günü bəyan edib ki, İsrail, ABŞ, Misir və Qətər nümayəndələri müvəqqəti atəşkəsi təmin edəcək girov mübadiləsi ilə bağlı “ümumi şərtlərdə” razılığa gəliblər.
Digər tərəfdən Qəzza və Ukraynadakı müharibənin G-20-dəki müzakirələri necə formalaşdıracağı da izləniləcək.
Braziliyanın San Paolo şəhərində başlayan G-20 sammitində xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müharibələrə yanaşmada ciddi fikir ayrılıqları var.
Rəsmilərin sözlərinə görə, sammitdə gəlir bərabərsizliyi və iqlim məsələlərinin də müzakirə olunacağı müharibə olacaq.
Günel Məlikzadə
Fins.az