DÜNYA

26 Fevral

Almaniyada “IFO” Biznes Mühiti İndeksinin 85.5 bəndədək yüksəlib

“IFO” tədqiqat institutunun hesabatına əsasən, Almaniyada Biznes Mühiti İndeksi yanvar ayı ilə müqayisədə fevral ayında 85.2 bənd səviyyəsindən 85.5 bənd səviyyəsinə kimi yüksəlib.

Fins.az xəbər verir ki, dərc olunan göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Bundan əlavə, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi ötən ayın yenilənmiş nəticələri ilə müqayisədə dəyişməyib, 86.9 bənd səviyyəsində qalıb. Analitiklər göstəricinin 86.7 bəndədək azalacağını proqnozlaşdırmışdılar.

Cari ayda Almaniyada Biznes Gözləntiləri İndeksi 83.5 bənddən 84.1 bəndədək artıb. Ekspertlər indeksin 84 bənd səviyyəsinədək artacağını ehtimal edirdilər.