Rusiya dövlət mediasına açıqlamasında Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya Maliyyə Nazirliyi çinli həmkarları ilə yuanla kredit almaq imkanını müzakirə edib, lakin hələlik heç bir qərar verilməyib.
Fins.az xəbər verir ki, Siluanov RİA xəbər agentliyinə açıqlamasında deyib:
“Biz bu məsələni ötən ilin sonunda nazirliklərarası dialoqda müzakirə etmişik".
Siluanov əlavə edib ki, Moskva Çin və ya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə rəqəmsal valyutalarla ödənişləri sınaqdan keçirməyə hazırdır və tərəfdaşları ilə birlikdə bu ideyanı təbliğ edəcək.
Nazir Siluanov Rusiyanın xaricdəki aktivləri ilə bağlı hər hansı hərəkətin Moskvada simmetrik cavab alacağına dair mövqeyini təkrarlayıb.
Moskvanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra Avropa İttifaqı və G7 ölkələri Rusiya Mərkəzi Bankının təxminən 300 milyard avro (323 milyard dollar) aktivini dondurmuşdu.
Aİ və G7 bu vəsaitlərin bir ildən artıqdır ki, istifadə edilib-edilməməsi və necə istifadə oluna biləcəyini müzakirə edir.
"Biz Qərb ölkələrinin qərarlarına əməl edirik", - Siluanov bildirib.
Siluanov bildirib ki, Rusiyanın büdcəsi "nəzarət altındadır " və gəlirlər bu il gözləniləndən bir qədər çox olub.
Günel Məlikzadə
Fins.az