DÜNYA

29 Dekabr

Nepalda 72 nəfərin öldüyü təyyarə qəzasının səbəbi bəlli olub

Nepal hökuməti tərəfindən təyin edilmiş müfəttişlərin hazırladığı hesabatda 72 nəfərin həyatını itirdiyi təyyarə qəzasının “pilotların səhvən təyyarənin enerjisini kəsməsi” nəticəsində yaranan fəsadlar nəticəsində baş verdiyi açıqlanıb.

Fins.az xəbər verir ki, Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya paytaxt Katmandudan Poxaraya havalanan Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı açıqlayıb.

Qəzaya "həm insan səhvi, həm də diqqətsizlik" səbəb olduğu bildirilən xəbərə görə, qəzanın ən çox ehtimal olunan səbəbinin pilotların uçuş zamanı "elektrik enerjisini təsadüfən kəsməsi" və ondan sonra yaranan fəsadlar olduğu bildirilib. 

Hesabatda həmçinin, təyyarəyə lazımi texniki qulluq göstərildiyi, heç bir qüsurunun olmadığı və pilot kabinəsinin heyətinin ölkədəki Mülki Aviasiya hakimiyyət orqanlarının rəhbərlik etdiyi idarənin əsasnaməsinə əsasən seçilib.

Yanvarın 15-də Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin Seti çayı vadisi yaxınlığında qəzaya uğraması nəticəsində 72 nəfər həlak olub.

Nepalın baş naziri Puşpa Kamal Dahal qəzanı araşdırmaq üçün 5 nəfərlik komissiyanın yaradılmasına qərar verib və ölkə daxilində 1 günlük “ümummilli matəm” elan edib.

Təyyarənin qara qutusu yanvarın 16-da tapılaraq ekspertiza üçün Fransaya göndərilib.

Günel Məlikzadə
Fins.az