DÜNYA

18 İyul

“SpaceX” orbitə 53 mini peyk qaldırıb

ABŞ-ın “SpaceX” şirkəti internet xidmətini təkmilləşdirmək üçün yerətrafı orbitə 53 ədəd mini peyk qaldırıb.

Fins.az-ın xəbərinə görə, buraxılış ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib. “Falcon-9” raketinin startından 15 dəqiqə sonra şirkət peyklərin orbitdə yer aldığını bildirib.

“SpaceX” şirkəti “Starlink” internet şəbəkəsi üçün son 3 ildə 2600-dən çox peyki orbitə qaldırıb.