DÜNYA

18 İyul

Ərzaq təhlükəsizliyinə 11 milyard dollar dəstək

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və ABŞ beynəlxalq ərzaq təhlükəsizliyində problemlərin aradan qaldırılması üçün 11 milyard dollarlıq dəstək verəcəklərini açıqlayıb.
"Fins.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Səudiyyə Ərəbistanında keçirilən Ciddə Təhlükəsizlik və İnkişaf Sammitindən sonra Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri və ABŞ birgə bəyanatla çıxış edib.

Açıqlamada, ABŞ-ın 10 ərəb milli inkişaf və maliyyə qurumunun daxil olduğu Ərəb Koordinasiya Qrupunun regional və beynəlxalq qida təhlükəsizliyi problemlərinin həlli üçün verdiyi 10 milyard dollarlıq dəstəyi alqışladığı bildirilib.

Açıqlamada, ABŞ-ın Yaxın Şərq və Şimali Afrikada qısa və uzunmüddətli ərzaq təhlükəsizliyi ehtiyaclarını qarşılamaq üçün əlavə bir milyard dollarlıq dəstək verəcəyi ilə bağlı bəyanatından Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin də məmnun olduğu ifadə edilib.

Müəllif: Aynur Qəniyeva