DÜNYA

15 İyul

Avropada təbii qazın qiyməti 1800 ABŞ dolları səviyyəsindədir

Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 1800 ABŞ dolları səviyyəsində qalmaqda davam edir.

Londonun “ICE Futures” birjasına istinadən  Avropanın ən likvid habı olan TTF-də (Niderland) ticarət sessiyası 1 790 ABŞ dolları ilə başlayıb.

Bu isə dünən qeydə alınmış qiymətlə (1 809,8 ABŞ dolları) ilə müqayisədə 1 % daha aşağıdır. Müəyyən tərəddüdlərdən sonra 1 782 ABŞ dollarınadək (1,5 %) düşən qiymət, daha sonra 1 800 ABŞ dolları ötüb.