DÜNYA

08 İyun

Rusiya BMT-yə 1,5 milyon dollar ödəyəcək

Rusiya hökuməti Birləşmiş Millətlər Təşkilatının büdcəsinə 1,5 milyon dollar ayırmaq qərarına gəlib.

Fins.az xəbər verir ki, bu barədə “İnterfaks” müvafiq sənədə istinadən məlumat yayıb. 

Bildirilir ki, bu, 2022-2025-ci illər arasında BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentində işləmək üçün Rusiya nümayəndəsinin göndərilməsini təmin etmək üçün ediləcək.

Sənəddə deyilir ki, bu idarənin büdcəsinə aşağıdakı töhfələr veriləcək: 2022-ci ildə - 400 min ABŞ dolları məbləğində, 2023-cü ildə - 374 min dollar məbləğində, 2024-cü ildə - 390 min dollar məbləğində və 2025-ci ildə - 408 min dollar məbləğində.