DÜNYA

26 Avqust

Dünyanın ən varlı on adamı bu il sərvətini 280 mlrd. dollar artırıb - SİYAHI

2021-ci ilin əvvəlindən indiyədək dünyanı ən varlı on adamı sərvətlərini daha 278 mlrd. ABŞ dolları həcmində artırmağa bacarıblar.

"Bloomberg Billionaires Index"ə (BBI) görə, sözügedən onluqda sərvətlərini ən çox artıranlar Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş meneceri Bernar Arno, "Google" şirkətinin həmtəsisçisiləri Larri Peyc və Sergey Brin olub. Cari il ərzində B. Arnonun sərvəti 46,4 mlrd. dollar, Larri Peycin 44,2 mlrd. dollar, Sergey Brinin isə sərvəti 42,5 mlrd. dollar artıb.

BBI-ya görə hazırda dünyanın ən zəngin on adamı:

#

Ad

Sərvət, mlrd.

Builki dinamika, mlrd.

Ölkə

1

İlon Mask

$193

+$23,7

ABŞ

2

Ceff Bezos

$192

+$1,4

ABŞ

3

Bernar Arno

$161

+$46,4

Fransa

4

Bill Geyts

$151

+$19,5

ABŞ

5

Mark Zukerberq

$137

+$33,4

ABŞ

6

Larri Peyc

$127

+$44,2

ABŞ

7

Sergey Brin

$122

+$42,5

ABŞ

8

Stiv Balmer

$108

+$27,5

ABŞ

9

Uorren Baffet

$104

+$16,8

ABŞ

10

Larri Ellison

$102

+$22,6

ABŞ

(Apa)