DÜNYA

26 Avqust

Nazir talibləri qardaşlar adlandırdı

Kanadanın qadınlar və gender bərabərliyi işləri və kənd yerlərinin iqtisadi inkişafı üzrə naziri Maryam Monsef “Taliban” hərəkatının nümayəndələrini qardaşlar adlandırıb.

Bu barədə “Fins.az” TASS-a istinadən xəbər verir.

Məlumata görə, Monsef İranda anadan olub, Əfqanıstanda böyüyüb.

“Mən bu imkandan bizim qardaşlarımızla – taliblərlə danışmaq üçün istifadə etmək istəyirəm. Biz sizi Əfqanıstandan istənilən insanın təhlükəsiz və zəmanətli çıxışını təmin etməyə çağırırıq. Tarixi binalar da daxil olmaqla, zorakılığı, soyqırımını, qadın qətllərini, infrastrukturun məhv edilməsini dərhal dayandırmağa çağırırıq”, - kanadalı nazir deyib.