DÜNYA

13 Avqust

10.000 Facebook hesabını hack etmiş yeni Android troyan aşkar edilib

Mütəxəssislər yeni Android troyan aşkar ediblər. Aşkar edilmiş yeni troyanın əsas məqsədi Facebook istifadəçilərinin hesablarını hack edib onların vasitəsilə dezinformasiya yaymaqdır. Bu ilin mart ayından indiyənə kimi sözügedən troyan 144 ölkədən olan vətəndaşlara məxsus 10.000 Facebook hesabını hack etməyi bacarıb. Bu troyan ənənəvi şəkildə yayılıb. Söbət, Google Play Store-da və digər online mağazalarda olan saxta tətbiqlərdən gedir. Aşkar edilmiş troyan FlyTrap adını əldə edib.

- GG Voucher (com.luxcarad.cardid)

- Vote European Football (com.gardenguides.plantingfree)

- GG Coupon Ads (com.free_coupon.gg_free_coupon)

- GG Voucher Ads (com.m_application.app_moi_6)

- GG Voucher (com.free.voucher)

- Chatfuel (com.ynsuper.chatfuel)

- Net Coupon (com.free_coupon.net_coupon)

- Net Coupon (com.movie.net_coupon)

- EURO 2021 Official (com.euro2021)

    Bu tətbiqlərin yaradıcıları istifadəçiləri Netflix və Google AdWords üçün müxtəlif şifrələr və kuponlar vasitəsilə cəlb edirlər. FlyTrap troyanı elə quraşdırılıb ki, o, sistemə daxil olan kimi istifadəçinin Facebook identifikatoru, yerləşdiyi yer, elektron poçt ünvanı, IP ünvanı, cookie faylları və tokenlər kimi məlumatları oğurlayır.