DÜNYA

03 Avqust

Fars körfəzində nəhəng enerji limanı istifadəyə verildi

İranın Neft Nazirliyi Fars körfəzinin sahilində nəhəng limanı istifadəyə verib. 

 “İran.ru” xəbər verir ki, limanın açılmasında əsas məqsəd Cənubi Pars nəhəng yatağının neft məhsullarının ixracını sürətləndirməkdir.

Məlumata əsasən, Siraf ixrac və xidmət limanı İranın sabiq Prezidenti Həsən Ruhaninin əmri ilə açılıb. 

Qeyd olunur ki, liman Buşer vilayətində yerləşir və iki platformaya sahibdir. Bu platformalar isə öz növbəsində mayeləşdirilmiş neft qazı və kükürd ixracı üçün istifadə olunacaq. 

Cənubi Pars yatağının 5 neft emalı zavodunu Sirafla birləşdirən borular limandan saatda 5000 kubmetr maye qaz ixrac etməyə imkan verəcək. 

Qeyd edək ki, limanın inşasına 350 milyon dollardan çox vəsait xərclənib. Bununla yanaşı, layihə regionda 200 daimi iş yeri yaradacaq.