DÜNYA

03 Avqust

18 ilin ən yüksək İyul inflyasiyası

Türkiyədə iyul ayında illik inflyasiya 18,95% təşkil edib, bu, 26 ayın ən yüksək səviyyəsidir (2003-cü ildən bu yana). 2003-cü ildə 23,59% inflyasiya qeyd alınmışdı.

Fins.az xəbər verir ki, istehsalçı qiymətlərindəki artım trendi İyulda da davam edib və illik istehsalçı inflyasiyası 45%-ə çatıb.

İstehsalçı qiymətlərilə istehlakçı qiymətləri arasındakı fərq də rekord yeniləyib. 

İyulda illik baza inflyasiya 17,22% olub.

Türkiyə Statistik Komitəsinin (TÜİK) açıqladığı məlumatlara görə, İyulda istehlakçı qiymətləri indeksi İyun ayı ilə müqayisədə 1,80% artıb.