DÜNYA

03 Avqust

Video oyunlara “mənəvi tiryək” deyildi, iri şirkətlər dəyər itirdi

Dünyanın ən iri investisiya və innovasiya holdinqlərindən biri, Asiyanın ən dəyərli şrikəti və Çinin texnologiya nəhəngi Tencent-in səhmləri 10%-dən çox ucuzlaşıb.

Fins.az xəbər verir ki, əsas dövlətin nəzarətində olan media qurumlarının iri texnoloji şirkətlərə qarşı müxtəlif iddialar səsləndirməsidir.

Xüsusən, dövlət mülkiyyətində olan Xinhua agentliyinə məxsus Economic Information Daily qəzeti “video-oyunların milyardlarla dollar dəyəri olan mənəvi tiryəkə çevrildiyini” yazıb.

Çinin video-oyunlar sektorunun ən böyük hissəsi Tencent-ə məxsusdur və təkcə bu ilin 1-ci rübündə həmin sektorun gəlirləri (6 milyard dollar) Tencent-in ümumi qazancının 30%-ni təşkil edib. 2020-ci ildə Çinin video-oyun bazarının həcmi 43 milyard dollardan çox olub.

Xatırladaq ki, Tencent Çin hökumətinin yeni iqtisadi siyasəti və səhm satışlarına dair tətbiq etdiyi qaydalar səbəbindən təkcə iyul ayında bazar dəyərinin 170 milyard dollara yaxınını itirib. Son aylarda iri Çin şirkətləri hökumətin aqressiv siyasətindən ciddi əziyyət çəkir. Növbəti iri sektor dəyəri 100 milyard dollar təşkil edən özəl təlim-təhsil bazarıdır.