DÜNYA

02 Avqust

Pfizer/Biontech və Moderna Avropa üçün peyvənd qiymətlərini artırdı

Pfizer/Biontech və Moderna şirkətləri, Avropa Birliyi (AB) ilə bağladıqları sonuncu müqavilədə yeni növ koronavirus (Kovid-19) peyvəndinin qiymətlərini yüksəldiblər.

Fins.az "Financial Times"ə istinadən xəbər verir ki, Pfizer/Biontech-in bir dozasının qiyməti 15,50 avrodan 19,50 avroya artırılıb.

Daha əvvəl bir dozası 22,60 dollar dollar Moderna şirkətininin peyvəndi yeni müqavil ilə 25,50 dollardan satılıb.

27 İyulda yaşı 18-dən yuaxarı olan əhalinin 70%-ini peyvənd etmək hədəfinə çatdığını açıqlayan AB, Sentyabr ayınadək 1 milyard dozadan çox peyvənd almağı planlaşdırır.

Avropa Dərman Agentliyi (EMA) indiyə qədər AB ölkələrində Pfizer/Biontech, Moderna, AstraZeneca və JohnsonJohnson şirkətləri tərəfindən istehsal edilən peyvəndlərin istifadəsinə icazə verir. EMA Sinovac, Curevac, Novavax, Sputnik V və Sanofi Pasteur peyvəndlərini qiymətləndirməyə davam edir.