DÜNYA

30 İyul

Amazon-un satışları məyus etdi

ABŞ-ın e-ticarət nəhəngi Amazon-un gəliri, bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 27% artımla 113,1 milyard dollara çatmasına baxmayaraq bazar proqnozlardından aşağı olub.

Amazonun bu ilin ikinci rünüdə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 113,1 milyard dollara yüksəlib. MArja xəbər verir ki, Şirkət keçən ilin eyni dövründə  88,9 milyard dollar gəlir əldə etmişdi.

Bazar şirkətin gəlirinin ikinci rübdə 115,2 milyard dollar olacağını proqnozlaşdırırdı.

Amazon-un xalis mənfəəti bu dövrdə 7,8 milyard dollara yüksəlib. Şirkət keçən ilin eyni dövründə 5,2 milyard dollar xalis mənfəət əldə etmişdi.

E-ticarət nəhənginin keçən ilin ikinci rübündə 10,3 dollar olan bir səhmə düşən mənfəəti, bu ilin eyni dövründə 15,12 dollara çatıb.