DÜNYA

30 İyul

ABŞ iqtisadiyyatı proqnozundan az artıb

ABŞ iqtisadiyyatı 2021-ci ilin 2-ci rübündə iqtisadiyyatın açılması və koronavirusa qarşı peyvəndləmənin təsirilə güclü artım qeyd edib. 

Fins.az  xəbər verir ki, Ticarət Nazirliyinin məlumatlarına görə, iqtisadiyyat aprel-iyun dövründə illik müqayisədə 6.5% artıb. İqtisadçıların proqnozu 8.4% idi.

İlk rüb üzrə artım göstəricisi 6.3%-ə dəyişdirilib. 

Artımın ilin qalanında da güclü qalması gözlənilsə də, koronavirusun Delta variantına yoluxanların artması iqtisadiyyat üzərində risk təşkil edir. İnflyasiyadakı yüksəlişin davam etməsi və tədarük çətinlikləri də iqtisadiyyata zərbə vura bilər.

Yenə bu gün açıqlanan məlumata görə, həftəlik işsizlik müavinəti müraciətləri 24 min azalaraq 400 min olub və 385 minlik proqnozu aşıb.