DÜNYA

29 İyul

Peyvənd olunan adama 100 dollar ödəniləcək

Koronavirusa qarşı peyvənd vurduran nyu-yorklular 100 dollar mükafat alacaqlar. Fins.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsindən bildirilib.

"Şəhər saytından qeydiyyatdan keçərək ilk dozanı qəbul edin və 100 dollar alacaqsınız. Bu qədər sadədir", -məlumatda deyilir.

Bundan əvvəl, Nyu-York rəhbərliyi sakinləri vaksinasiyaya təşviq etməyə çalışıb - peyvənd olunanalara 5 milyon dollarlıq mükafatı olan lotereya biletləri verilib. 

Şəhərdə bütün bələdiyyə işçiləri sentyabr ayının ortalarına qədər tam peyvənd vurdurmalıdırlar. 

Son məlumatlara görə, Nyu-Yorkda koronavirusə qarşı ümumilikdə 9,9 milyon peyvənd vurulub, 4,4 milyondan çox insan tam peyvənd edilib.