DÜNYA

27 İyul

Elon Maskın şirkəti rekord həddə böyüyüb -HESABAT 

Elektrikli avtomobillər bazarının lideri dünən cari ilin 2-ci rübünün maliyyə göstəricilərini açıqlayıb.

Fins.az xəbər verir ki, qalmaqallı “texnokral” Elon Maskın şirkəti gözləntiləri artıqlaması ilə doğruldaraq 12 milyard dollara yaxın gəlir əldə edib.

Gəlirlərin 10,21 milyard dolları avtomobil satışlarından, 801 milyon dolları alternativ enerji biznesindən, 951 milyon dolları xidmətlər və digər sahələrdən daxil olub. Şirkət rüb ərzində 598 mağazası və servis mərkəzi vasitəsilə 201 min ədəddən artıq elektromobil satıb.

Xalis mənfəətə gəldikdə isə, Tesla öz tarixində yeni rekorda imza ataraq, ilk dəfə bir rübdə 1,14 milyard dollar mənfəət əldə edib.  Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 10 dəfə az - 104 milyon dollar idi.