DÜNYA

26 İyul

Çinin almaz idxalı dörd qat artıb

Şanxay Gömrük İdarəsindən verilən məlumata görə, Şanxay Almaz Birjasının (SDE) ticarəti yolu ilə idxal edilən almazların dəyəri ilin ilk yarısında rekord səviyyəyə çatıb. 2000-ci ilin Oktyabr ayında fəaliyyətə başlamış SDE, Çində almaz idxalı və ixracı üçün icazəsi olan yeganə əməliyyat platformasıdır.

Fins.az Çin Beynəlxalq Radiosuna istinadən xəbər verir ki, ölkənin almaz idxalı, 2021-ci ilin ilk yarısında, keçən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə və 2019-un eyni dövrü ilə müqayisədə isə 45,3% artımla 10,5 milyard yuan (təxminən 1,6 milyard dollar) təşkil edib.

Qlobal almaz bazarı, Kovid-19 epidemiyasından ciddi şəkildə təsirlənib. Birjaya görə, Çinin keçən ildən bu yana pandemiyanı təsirli bir şəkildə nəzarət altına alması, SDE vasitəsilə ticarətin artmasına səbəb olub.