DÜNYA

19 Noyabr

Pompeo İrana qarşı daha sərt sanksiyaların tətbiq edilməsini vəd edib

Bakı, 19 noyabr Fins.az

ABŞ Dövlət katibi Mike Pompeo, Vaşinqtonun İrana qarşı sanksiya rejimini sərtləşdirməyə davam etmək niyyətini açıqlayıb.

 Pompeo ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada. bildirib ki, Maksimum təzyiq kampaniyası işləyir, sanksiyalar davam edəcək

O vurğulayıb ki,bu sanksiyalar bölgənin milli təhlükəsizliyi və Amerikalıların həyatının qorunması üçün ən vacib vasitədir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə cavab olaraq İrana sanksiyalarla təzyiq göstərmək cəhdinin uğursuz olduğunu bildirib.

"Katib Pompeonun xəyal qırıqlığı başa düşüləndir. Onun 'maksimum təzyiq' siyasəti maksimum uğursuzluğa çatdı ..." deyə diplomat Twitter-də yazıb

ABŞ Maliyyə Nazirliyinin dünən xəbər verdiyi kimi, Vaşinqton İran Kəşfiyyat və Təhlükəsizlik Naziri Mahmud Ələviyə və qismən İslam İnqilabı Mostazafan Vəqfinə qarşı sanksiyalar tətbiq edib.

Müəllif:Aynur Qəniyeva