DÜNYA

17 Noyabr

ABŞ şirkətləri dəstəyə baxmayaraq iflas olduqlarını elan edib

Bakı, 17 noyabr Fins.az 

Wall Street Journal-ın rəsmi məlumatlara və şirkət təqdimatlarına əsaslanan analizinə görə, ABŞ-da yarım milyard dollar pandemiya krediti alan 300-ə yaxın şirkət iflas üçün müraciət edib.

Fins.az xəbər verir ki,ümumilikdə 23.400 nəfər işləyən bu şirkətlərin bir çoxu, Əmək haqqını Qoruma Proqramından (PPP) ayrılan vəsaitin fəaliyyətlərini davam etdirmək üçün yetərli olmadığından və əlavə təşviqlərin olmamasından onların işlərinə təzyiq etdiyindən şikayət edirlər.

PPP kreditlərindən faydalanmasına baxmayaraq iflas edən şirkətlərin sayının, araşdırma mövzusundan çox daha çox olması ehtimalı var. WSJ-nin analizinə yalnız böyük şirkətlər daxil edilib ki, bu da ümumi respondentlərin 13,5 faizini, lakin kreditlərin təxminən yarısını təşkil edir.

Digər tərəfdən, bir çox kiçik müəssisələr nağd pulları bitdikdə iflas etmək üçün müraciət etməkdənsə, aktivlərini birbaşa ləğv etməyi üstün tuturlar.

Kiçik Ticarət İdarəsinin (SBA) məlumatlarına görə, hökumət aprel ayından bəri 5.2 milyon şirkətə ümumilikdə 525 milyard dollar PPP krediti verib.

 WSJ-nin iflas sənədlərinə əsaslandığı SBA rəqəmlərinə yalnız ən böyük borcalanların məlumatları daxildir.

Hökumətin rəsmi məlumatlarına görə, iflas etmiş şirkətlərə verilən kreditlərin ümumi məbləği 228 milyon ilə 509 milyon dollar arasındadır.

WSJ tərəfindən vurğulanan 285 şirkətin yarısı Avqust ayından bəri müraciətlərini təqdim etdi. Demək olar ki, hər əyalətdən onlarla şirkətin iflasa istinad etməsinin əsas səbəbi pandemiyadır.