BİZNES

18 Aprel

Azərbaycan Bank Tədris Mərkəzi "Biznes proseslərin idarə edilməsi" mövzusunda təlim keçir

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) "Biznes proseslərin idarə edilməsi" mövzusunda Marketinq departamentinin rəhbərləri və işçiləri, filial rəhbərlərinə təlim keçir.

Fins.az xəbər verir ki, təlimçi və məsləhətçi  ABTC direktoru Cavanşir Abdullayevdir.

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. Proseslərin təşkili metodları

  • Proselərin yenidən təşkili
  • Keyfiyyət üzrə idarəetmə
  • Altı Siqma

Modul 2.

  • Proseslərin optimallaşdırılması
  • Proseslərin təhlili metodaları
  • Biznes prosesləri optimallaşdırmaqla keyfiyyətin artırılması
  • Biznes proseslərə yenidən baxış və əməliyyat xərclərinin aşağı salınması

Modul 3.

  • Proseslərin sənədləşməsi
  • Blok sxemlər
  • Təlimat kitabı

Yekun test

Kursun sonunda əldə edəcəyiniz biliklər:

  • Biznes proseslərin təşkili prinsiplərini

  • Proseslərin təşkili üzrə məsul olan strukturun məqsədlərini və vəzifələrini

  • Proseslərin xəritəsi və blok sxemlərini

  • Proseslərin optimallaşdırılması və qüsurlu proseslərin müəyyən olunmasını

  • Proseslərin optimallaşdırılması üzrə 3 metodun (keyfiyyət üzrə idarəetmə, yenidən təşkil və 6 siqma) mahiyyətini

  • Biznes proseslərin optimallaşdırılması ilə müştəri xidmətlərinin keyfiyyətinin artırılmasını

  • Biznes proseslərin optimallaşdırılması ilə xərclərin azaldılmasını.

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq, Avropa Birliyinin Texnikmi Yardımı ilə yaradılıb.