BİZNES

03 Aprel

Azərbaycan Sankt-Peterburqa meyvə-tərəvəz ixrac edən MBD ölkələri arasında ilk pillədədir

Rusiya və Azərbaycanın arasında ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin böyük iqtisadi potensialı var. Ötən ilə Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmində 17 faiz artım müşahidə edilib.

Fins.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq şəhərinin sənaye siyasəti, innovasiyalar və ticarət komitəsi sədrinin birinci müavini Aleksandr Sitov Bakıda “Sankt-Peterburq və Azərbaycan: Əməkdaşlıq üfüqlərinin genişləndirilməsi” mövzusunda keçirilən biznes forumda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyanın şimal paytaxtı hesab edilən Sank-Peterburq şəhərinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında Azərbaycan əhəmiyyətli rol oynayır: “Azərbaycan Sankt-Peterburqa meyvə-tərəvəz ixrac edən MBD ölkələri arasında ilk pillədə durur”.

Azərbaycanda azad iqtisadi zonaların fəaliyyət göstərdiyini deyən A.Sitov qeyd edib ki, Sankt-Peterburqun iş adamları və şirkətlər bu zonalara investisiya yatırmağı nəzərdən keçirirlər.