BİZNES

19 Dekabr

Anadolu Efes Rusiyadakı şirkətin yeganə sahibi olur

Anadolu Efes-in törəmə şirkəti EBI AB InBev-in Rusiyadakı AB InBev Efes BV birgə müəssisəsindəki səhmlərini almağa razılaşıb.

Fins.az İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən açıqlamaya istinadən xəbər verir ki, satınalma nəticəsində AB InBev Efes-in yeganə sahibi EBI vasitəsilə Anadolu Efes olacaq.

EBI əməliyyat başa çatdıqdan sonra dərhal nağd ödəniş etməyəcək. Gələcək ödənişlər AB InBev Efes BV-nin fəaliyyət göstərdikləri ölkələrdə “xüsusi və ağlabatan müddət ərzində” illik pul vəsaitlərinin hərəkəti göstəriciləri əsasında müəyyən ediləcək.

KPMG-nin müstəqil hesabatına görə, AB InBev Efes BV 1,1 milyard -1,3 milyard dollar dəyərində qiymətləndirilib. Əməliyyat hüquqi orqanlar tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq.

Əməliyyat başa çatdıqda, onun Anadolu Efes-in ümumi həcminə təsiri məhdud olacaq.

Günel Məlikzadə
Fins.az