2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Rusiya Federasiyasına 382 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub. 2021-ci ilin eyni dövründə ixracın dəyəri 403,8 milyon ABŞ dolları təşkil edib.
"Fins.az" xəbər verir ki,bu barədə “İxrac icmalı”nın iyul sayında məlumat verilir.
Məlumata görə,2022-ci ilin iyun ayında Azərbaycandan Rusiya Federasiyasına 118,6 milyon ABŞ dollarılıq qeyri-neft sektoruna aid mallar ixrac edilib. Ötən ilin ilk yarısında Rusiyaya qeyri-neft sektoruna aid 124,4 milyon dollar dəyərində mallar ixrac edilib.
Müəllif:Aynur Qəniyeva