BİZNES

08 İyun

AmCham-la yeni birgə layihə imkanlarını müzakirə edilib-KOBİA RƏHBƏRİNDƏN AÇIQLAMA

Nərgiz Nəsrullayeva-Müdüroğlu və üzvləri ilə görüşümüzdə yeni əməkdaşlıq istiqamətlərini, birgə layihə imkanlarını müzakirə etdik.

"Fins.az" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin inkişafı Agentliyinin İdarə heyətinin rəhbəri Orxan Məmmədov rəsmi tvitter hesabında yazıb. 

Fikirlərinin davamında "Mütərəqqi təcrübələrin nəzərdən keçirilməsi KOBİA-nın strateji fəaliyyət gündəliyindədir. "AmCham" bu baxımdan maraqlı tərəfdaşdır.AmCham-ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu və üzvləri ilə görüşümüzdə yeni əməkdaşlıq istiqamətlərini, birgə layihə imkanlarını müzakirə etdik,"-deyə bildirib. 

Müəllif: Aynur Qəniyeva